“Real Madrid”in hücumçusu Kərim Benzema ilkə imza atıb

“Real Madrid”in hücumçusu Kərim Benzema ilkə imza atıb

İspaniya La Liqasının XXVII turunun “Valyadolid”lə matçı “Real Madrid”in hücumçusu Kərim Benzema üçün əlamətdar olub. SİA xəbər verir ki, futbolçu 6:0 hesabı ilə qalib gəldikləri matçda het-trikə imza atıb.

O, 29-cu, 32-ci və 36-cı dəqiqələrdə fərqlənməklə karyerasında ilkə imza atıb. Belə ki, təcrübəli futbolçu ilk dəfə hansısa matçın birinci hissəsində 3 qol vurub.

Benzema həm də Madrid təmsilçisində ardıcıl 11 mövsümdə azı 20 qol vurmağı bacaran ilk futbolçuya çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə