"Çelsi" rəhbərliyi baş məşqçi təyin etmək istədiyi Yulian Naqelsmannın yaşına görə narahat olub. SİA "Sky Sports" xəbər verir ki, "Bavariya"nın keçmiş baş məşqçisinin nailiyyətləri və bacarıqları "Mavilər"in menecerlərini heyran qoyub. Lakin klubun sahibləri Todd Bouli və Behdad Eqbali alman mütəxəssisincəmi 35 yaşında bir gənc olmasından çəkinirlər.
Eyni zamanda, Naqelsmann yaya qədər fasilə vermək istəyinə baxmayaraq, "Çelsi"nin təklifini dinləməyə hazırdır. Hələlik tərəflər arasında heç bir əlaqə olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB