Aprelin 14-dən 16-dək Bakıda Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təsdiq olunmuş bədii gimnastika üzrə üçüncü “AGF Trophy” beynəlxalq turnir keçiriləcək.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, budəfəki yarışda gənc bədii gimnastlara böyüklər də qoşulacaqlar.
Monqolustan milli komandasının Bakı turniri üçün heyəti açıqlanıb. Yarışda Monqolustanı dörd gimnast – böyüklərin mübarizəsində Undram Xaşbat, Lxaqvatsetse Erdenebayar, gənc gimnastlar kateqoriyasında isə Uranqu Namxaibayar və Enerel Purevraqaçaae təmsil edəcək.
Azərbaycan ilk dəfə 2018-ci, daha sonra isə 2019-cu ildə bu növ üzrə gənclər arasında “AGF Trophy” adlı beynəlxalq turnirə ev sahibliyi edib. Bu yarış böyük gimnastlar üçün aprelin 21-23-də Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışlarına sınaq xarakteri daşıyacaq.
Üç gün davam edəcək yarışda iştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparacaqlar.
Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB