“Çelsi” baş məşqçisi Qrem Potteri qovdu

“Çelsi” baş məşqçisi Qrem Potteri qovdu

“Çelsi” baş məşqçisi Qrem Potterlə yollarını ayırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, ingiltərəli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

47 yaşlı mütəxəssis keçən ilin noyabrından London klubunu çalışdırırdı. Komanda Premyer Liqada 38 xalla 11-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə