"Gəncə" növbəti qələbəsini qazanıb

"Gəncə" növbəti qələbəsini qazanıb

Azərbaycan Basketbol Liqasında XXIII tura yekun vurulub.

SİA xəbər verir ki, son olaraq "Gəncə" "Zirvə Astara"nı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 98:89 hesablı qələbəsi ilə bitib.

Beləliklə, ardıcıl dördüncü qalibiyyətini əldə edən Gəncə təmsilçisi play-off zonasındakı yerini bir qədər də möhkəmləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə