Millimiz Çin, Yaponiya, Ukrayna və Meksika yığmaları ilə qarşılaşacaq

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Çinin Çendu şəhərində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında rəqibləri bəlli olub. SİA xəbər verir ki, yığmamız C qrupunda mübarizə aparacaq.

Komandamız meydan sahibləri ilə yanaşı, Yaponiya, Ukrayna və Meksika seçmələri ilə üz-üzə gələcək.

Qeyd edək ki, Universiada iyulun 28-dən avqustun 8-dək təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə