Azərbaycan çempionatında beş çəki dərəcəsində qaliblər bəlli olub - FOTOLAR

Bakı İdman Sarayında güləş üzrə yeniyetmələr (U-17) arasında Azərbaycan çempionatının ilk günündə beş çəki dərəcəsində qaliblər müəyyənləşib. SİA xəbər verir ki, sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində ümumilikdə 169 güləşçi gücünü sınayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Cəfər Cəfərov (45 kq), Seyhun Əlizadə (51 kq), Camal Abbasov (60 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Azərbaycan çempionatına aprelin 4-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə