Londonun “Arsenal”ı Rafinyanı transfer etmək istəyir

Ukraynalı futbolçu Mixail Mudrik ilə müqavilə bağlamaq cəhdinin fiaskosundan sonra Londonun “Arsenal” klubu "Barselona" və Braziliya millisinin yarımmüdafiəçisi Rafinyanın transferi üçün danışıqlara yenidən başlayıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “topçular” artıq B planını işə salıblar.

Deyilənə görə, onlar “Barselona” ilə danışıqlara başlamağa hazırdırlar.

Bu arada “Diario Sport” xəbər verir ki, “Barselona” “Arsenal”ın elçi düşdüyü braziliyalı yarımmüdafiəçisi Rafinyanın qiymətini müəyyən edib.

Mənbənin məlumatına görə, Kataloniya klubu futbolçu üçün 100 milyon avro qiymət qoyub.

Xatırladaq ki, 26 yaşlı Rafinya keçən yay 58 milyon avroya “Barselona”ya “Lids”dən keçib. O, bu mövsüm bütün turnirlərdə 22 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Onu da xatırladaq ki, Rafinya klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə