Başqalarının məvacibi ilə maraqlanmaq bizlik olmasa da...

Başqalarının məvacibi ilə maraqlanmaq bizlik olmasa da...

Ötən gün məşhur “L’Equipe” nəşri müxtəlif liqalarda futbolçu və məşqçilərin maaşları ilə bağlı məlumat yayıb.

Təbii ki, başqalarının nə qədər məvacib aldıqları bizim, şəxsən mənim üçün elə də önəmli olmasa da, amma, sən demə, İspaniya “La Liqa”sında ən çox maaş alan oyunçu hazırda “Real Madrid”də oyun(mı) Eden Hazardmış. Belə ki, belçikalı vinger hər ay “Real Madrid”də məvacib kimi, 2,25 milyon avro alır.

SİA-nın əldə etdiyi məlumata görə, ikinci yerdə aylıq 2,17 milyon avro maaşla "Barselona"nın hücumçusu Robert Levandovski qərarlaşıb.

Sonrakı yerləri Serxio Busquets (1,91 milyon avro), David Alaba (1,88 avro), Vinisius Junior, Jordi Alba və Yan Oblak (1,67 avro) tuturlar.

Xatırladaq ki, 2019-cu ildə “Real Madrid”ə keçən Eden Hazard, çəki problemi və tez-tez zədələnməsi səbəbindən hələ ki, Madriddə tam oynaya bilməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə