İki futbolçu oyun alverinə görə saxlanıldı

Türkiyədə iki futbolçu oyun alqı-satqısına görə saxlanılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, söhbət II liqa təmsilçisi “İnegölspor”un sabiq qapıçıları Emre Selen və Sercan Çobanoğludan gedir. Klubun yaydığı açıqlamada futbolçular barədə şikayət edildiyi və onların saxlanıldığı bildirilir. Əlavə dörd nəfər şübhəli də saxlanılıb.

Çobanoğlu hazırda klubsuzdur. Emre Selen isə “Sivas Belediye”də çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə