İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviç zədələnib. SİA "Calciomercato"ya istinadən xəbər verir ki, 41 yaşlı hücumçunun sağ bud əzələsində problem aşkarlanıb. Forvard bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, futbolçu "Napoli" ilə görüşü buraxacaq.

Sözügedən görüş aprelin 2-də keçiriləcək.

Qeyd edək ki, bu mövsüm isveçli oyunçu A Seriyasında 4 matç keçirib və 1 qol vurub. O, İsveçin Avro-2024-ün seçmə məhələsində yığmamızla görüşü (0:5) üçün heyətə daxil edilməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə