“Benfika”nın futbolçusu karyerasını “Liverpul”da davam etdirə bilər
“Benfika”nın futbolçusu Antoniu Silva karyerasını “Liverpul”da davam etdirə bilər. SİA xəbər verir ki, İngiltərə klubu 19 yaşlı müdafiəçiyə ciddi maraq göstərir. Mersisayd təmsilçisi yayda onunla müqavilə imzalamaq niyyətindədir. Futbolçuya “Aston Villa”, PSJ və “Real Madrid” də iddia edir.
Antoniunun “Benfika” ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Onun sözləşməsindəki sərbəst qalma məbləği 100 milyon avrodur. Silva bu mövsüm “Benfika”nın heyətində 36 oyun keçirib və 4 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB