"Liverpul"un yarımmüdafiəçisi Luis Dias zədəsini sağaldıb. SİA goal.com-a istinadən xəbər verir ki, 26 yaşlı oyunçu komanda ilə tam məşqlərə qatılıb. Bildirilir ki, o, aprelin 1-də "Mançester Siti" ilə görüşdə oynaya biləcək.
Qeyd edək ki, Dias dizindəki zədə səbəbindən oktyabr ayından bəri meydana çıxmayıb. O, bu mövsüm Premyer Liqada 8 oyunda 3 qol vurub və 2 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB