"Real"ın və Xorvatiya millisinin futbolçusu azarkeşlərə təşəkkür etdi

"Real"ın və Xorvatiya millisinin futbolçusu azarkeşlərə təşəkkür etdi

"Real"ın və Xorvatiya millisinin futbolçusu Luka Modriç sosial şəbəkə hesablarına paylaşım edib. SİA xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Avro-2024-ün seçmə mərhələsində Türkiyəyə qalib gəldikləri matçdan (2:0) yazıb. Futbolçu ona dəstək olduqlarına görə türkiyəli azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, Modriç sözügedən görüşdə start heyətində meydana çıxmış və 84-cü dəqiqədə Lovro Mayer ilə əvəzlənmişdi. O, meydanı tərk edən zaman türkiyəli azarkeşlər tərəfindən alqışlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə