Bu arada “Barselona”nın yarımmüdafiəçisi Ansu Fatinin atası Bori Fati “Tiempo de Juego” nəşrinə verdiyi müsahibəsində oğlunun oyun praktikasında məhdud olmasına görə komanda rəhbərliyini tənqid edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, müsahibə Ansunun evində baş tutub, lakin atasının jurnalistlərlə söhbəti zamanı yatmış olan Ansu, müsahibə ilə bağlı heç nədən şübhələnməyib.
Amma sonradan atasının müsahibəsini oxuyan Ansu çox təəccüblənib. Qeyd edək ki, Ansu, çox güman ki, tezliklə bununla bağlı komanda rəhbərliyinə üzrxahlıq bəyanatı verməyi planlaşdırır.
Xatırladaq ki, Fati oyun praktikasının olmamasına baxmayaraq, hələ də “Barselona”dan ayrılmaq istəmir. Deyilənlərə görə, bəzi top-klublar futbolçuya müraciət etsələr də, o, bu təkliflərə qulaq belə asmaq istəmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB