“Real”ın qapıçısı və nişanlısı toy planları haqda danışıblar

“Real”ın qapıçısı və nişanlısı toy planları haqda danışıblar

“Real”ın qapıçısı Tibo Kurtua və nişanlısı Mişel Hertsiq “Vanity Fair”ə müsahibə verərək, toy planları haqda danışıblar. SİA xəbər verir ki, Mişel toya dəvət edilən qonaq barədə danışıb: “Biz “Real”ın prezidenti Florentino Peresi toyumuza dəvət etdik və ümid edirik ki, gələcək”.

“Florentino ilə yaxşı münasibətimiz var. O, bossdur”, – Kurtua əlavə edib.

Toyun tarixi və yeri haqda məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə