Ançelotti gələcəyi ilə bağlı qərar verib?

Karlo Ancelotti “Real Madrid”də qalmaq istədiyini təkrarlamaqdan yorulmur.

Qeyd edək ki, italyan məşqçinin Madriddəki hazırkı müqaviləsi 2024-cü ilin ortalarına kimi hesablanıb. Bundan əlavə, madridlilərin gələn yay üçün yeni baş məşqçi edəcəklərini bəyan etsələr də, deyəsən Ancelotti hələ də nəyəsə ümidlidir.

“Real Madrid”in Ançelottini qovacağı təqdirdə onun Braziliya millisinə rəhbərlik edəcəyi deyilir.

Bu arada “The Athletic”in Ançelottiyə yaxın mənbələrə istinadən yaydığı xəbərə görə, italyan məşqçi belə bir çətinliyi də qəbul etməyə hazırdır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə