"Barselona"nın rəsmiləri Mateu Alemani və Yordi Kruiff futbolçu Ansu Fatinin atası ilə görüşərək ispan hücumçunun gələcəyini müzakirə ediblər.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Funksionerlər klubun futbolçunu satmaq istəyi ilə bağlı yayılan xəbərləri təkzib edərək, Fatininin atasını sakitləşdirməyə çalışıblar. Ansunun performansı son vaxtlar, o cümlədən zədələr səbəbindən gözləntiləri doğrultmur, lakin klub onu layihənin gələcəyində əsas fiqur kimi görməkdə davam edir.
Qeyd edək ki, Fati 2019-cu ildən "Barselona"nın əsas komandasının üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB