İngiltərənin “Tottenhem” klubu baş məşqçi Antonio Konteni istefaya göndərib. TRT spor verir ki, İtaliyadan olan 53 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Komandanı bu mövsümün sonuna qədər Kristian Stellini çalışdıracaq. Ona Rayan Meyson kömək edəcək.
SİA xəbər verir ki, Konte 2021-ci ilin noyabrından “Tottenhem”ə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 76 oyuna (41 qələbə, 12 heç-heçə, 23 məğlubiyyət) çıxarıb.
“Tottenhem” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 28 oyuna 49 xal toplayıb və 20 iştirakçı arasında 4-cüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB