AVRO-2024: Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək

Futbol üzrə Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək. SİA-nın məlumatına görə, Canni De Byazinin yetirmələri İsveç yığmasının qonağı olacaqlar.

F qrupunun ilk turunda böyük hesabla məğlub olan iki komanda Solnada üz-üzə gələcək. "Frends Arena"da baş tutacaq qarşılaşmada Azərbaycan millisi Avstriyaya 1:4 hesablı məğlubiyyəti unutdurmaq niyyətindədir. Üç gün əvvəl doğma arenasında Belçikaya 3 cavabsız qolla uduzan Zlatan İbrahimoviçin komandası isə eyni məkanda ilk xallarını qazanmaq arzusundadır.

AVRO-2024, seçmə mərhələ

II tur

27 mart

F qrupu

22:45. İsveç – Azərbaycan

Baş hakim: Stefani Frappar

Solna, "Frends Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə