AVRO-2024: Seçmə mərhələdə II tura start verilir

Bu gün AVRO-2024-ün seçmə mərhələsində II tura start veriləcək. SİA-nın məlumatına görə, 3 qrupda ümumilikdə 8 qarşılaşma baş tutacaq.

C qrupunda İtaliya millisi Maltanın, Ukrayna yığması İngiltərənin qonağı olacaq. H qrupunda 3 görüş oynanılacaq. Qazaxıstan Danimarka, Sloveniya San Marino, Şimali İrlandiya Finlandiya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Nəhayət, J qrupunda Slovakiya Bosniya və Herseqovinanı, Lixtenşteyn İslandiyanı, Lüksemburq isə Portuqaliyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ
II tur
26 mart

C qrupu

20:00. İngiltərə - Ukrayna

22:45. Malta - İtaliya

Xal durumu: İngiltərə - 3, Şimali Makedoniya - 3, Ukrayna - 0 (oyun keçirməyib), Malta - 0, İtaliya - 0

H qrupu

17:00. Qazaxıstan - Danimarka

20:00. Sloveniya - San Marino

22:45. Şimali İrlandiya - Finlandiya

Xal durumu: Danimarka - 3, Şimali İrlandiya - 3, Sloveniya - 3, Qazaxıstan - 0, Finlandiya - 0, San Marino - 0

J qrupu

20:00. Lixtenşteyn - İslandiya

22:45. Slovakiya - Bosniya və Herseqovina

22:45. Lüksemburq - Portuqaliya

Xal durumu: Portuqaliya - 3, Bosniya və Herseqovina - 3, Slovakiya - 1, Lüksemburq - 1, İslandiya - 0, Lixtenşteyn - 0.

Bütün xəbərlər Facebook səhifəmizdə