"İstədiyimiz oyunu tam olaraq sərgiləyə bilmədik"

Türkiyə millisinin qapıçısı Mert Günok Bulut Avro-2024-ün seçmə mərhələsində səfərdə Ermənistanı məğlub etdikləri matç (2:1) haqda fikirlərini bölüşüb. SİA "NTV Spor"a istinadən xəbər verir ki, 34 yaşlı qolkiper İrəvanda oynadıqları üçün bu görüşün çətin keçdiyini vurğulayıb: "Həm səfər etdiyimiz ölkəyə görə, həm də mərhələnin ilk oyunu olması baxımından bu matç çətin oldu. İstədiyimiz oyunu tam olaraq sərgiləyə bilmədik. Amma qələbə vacib idi. Avro-2024-ün finalına adlamağı çox istəyirik. İndi qarşımızda növbəti matç var. Bu görüşdə də qalib gəlib, daha da yaxşı nailiyyətlər əldə edəcəyik".

Qeyd edək ki, Türkiyə millisi martın 28-də evdə Xorvatiya ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə