U-17 millimiz Bosniya və Herseqovina yığmasına məğlub olub

On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib.

SİA-nın əldə etdiyi məlumata görə, millimiz Bosniya və Herseqovinada keçirilən oyunda meydan sahibi ilə qarşılaşıb. Oyun 2:0 hesabı ilə Bosniya və Herseqovina komandasının xeyrinə başa çatıb.

Millimiz qrupda sonuncu oyununu martın 28-də Monteneqro komandasına qarşı keçirəcək.

Qeyd edək ki, seçməmiz ilk oyununda Qazaxıstan millisini məğlub edib – 2:0.

Bütün xəbərlər Facebook səhifəmizdə