Türkiyə hesabda önə keçdi - Yenilənir

Avro-2024-ün seçmə mərhələsində 1-ci turun oyunları davam edir.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu gün üçün A, D, və İ qruplarında nəzərdə tutulan ümumilikdə 7 matçdan 1-i başa çatıb, 1-i davam edir.

Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşır. İrəvandakı görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb. Bu görüş sözügedən komandalar arasında ümumilikdə 3-cü oyun olacaq. Türkiyə və Ermənistan bundan əvvəl DÇ-2010-un seçmə mərhələsində eyni qrupda yer alıblar. Həmin vaxt Türkiyə Ermənistanı həm evdə, həm də səfərdə 2:0 hesabı ilə məğlub edib.

Avro-2024, seçmə mərhələ, 1-ci tur

D qrupu

21:00. Ermənistan - Türkiyə - 1:2 (İkinci hissə)

Qollar: Ozan Kabak, 10-avtoqol (1:0), Orkun Kökçü, 34 (1:1), Kerem Aktürkoğlu, 63 (1:2)

23:45. Xorvatiya - Uels

A qrupu

18:00. Şotlandiya - Kipr - 3:0

Qollar: Con Makginn, 21. Skott Maktominey, 87; 90+3

23:45. İspaniya - Norveç

I qrupu

21:00. Belarus - İsveçrə

21:00. İsrail - Kosovo

23:45. Andorra - Rumıniya

Bütün xəbərlər Facebook səhifəmizdə