Rus gimnastlar çempionata buraxılmadı

Martın 21-də bədii gimnastika üzrə Avropa çempionatının püşkatma mərasimində Rusiya və Belarus komandaları iştirak etməyib. SİA xəbər verir ki, bu barədə Rusiya yığmasının baş məşqçisi Valentina Rodionenko deyib.

O qeyd edib ki, milli komandalar turnirdə oynamaq imkanını itirib.

“Avropa çempionatında mübarizə apara bilməyəcəyimizi çoxdan başa düşürük, ona görə də bizsiz keçirilən püşkatma heç də sürpriz olmadı. Ümid edək ki, bizə iyunda Sinqapurda keçiriləcək Asiya çempionatında iştirak etmək imkanı veriləcək, bu, bizim üçün çox vacib dünya çempionatına vəsiqə qazanmaq üçün yeganə şans olacaq”, - deyə xanım Rodionenko TASS-a bildirib .

Qeyd edək ki, aprelin 11-dən 16-dək Türkiyənin Antalya şəhərində Avropa çempionatı keçiriləcək. Çempionatda 39 ölkənin idmançıları iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə