Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək

Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək. SİA-nın məlumatına görə, yığma Fransa seçməsi ilə üz-üzə gələcək.

Bosniya Herseqovinada təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 5-ci qrupun digər matçında Yunanıstan meydan sahibləri ilə görüşəcək.

20:00. Fransa – Azərbaycan

Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)

Şiroki Briyeq şəhəri, Pecara İdman zalı

Bütün xəbərlər Facebook səhifəmizdə