"Elçe"nin yeni məşqçisi

İspaniyanın “Elçe” klubunun yeni baş məşqçisi açıqlanıb.

SİA-nın əldə etdiyi məlumata görə, Sebastyan Bekkasese bu vəzifəyə təyin edilib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Bekasesse mövsümün gedişində “Elçe”nin sayca 4-cü baş məşqçisi olub.

Qeyd edək ki, 42 yaşlı argentinalı mütəxəssis ölkəsində “İndependiente”, “Rasinq”i çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə