“Qəbələ”nin futbolçusu Ruan Renato Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib. Braziliyalı müdafiəçinin yubileyi XXVII tura təsadüf edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 29 yaşlı cənubi amerikalı “Şamaxı” ilə ev görüşündə 90 dəqiqə şans qazanıb. Ruan Premyer Liqadakı 50 matçda 3 qol vurub. O, “qırmızı-qaralar”ın heyətində Azərbaycan çempionatında ən azı 50 görüş keçirən 35-ci futbolçu olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB