Emmanuel Adebayor futbolu tərk edib

Emmanuel Adebayor futbolu tərk edib

Bir müddət Super Liqada "Başakşəhər" və "Kayserispor"da çıxış edən toqolu ulduz futbolçu Emmanuel Adebayor 39 yaşında futbolçu karyerasını bitirdiyini açıqlayıb. SİA xəbər verir ki, karyerasında “Arsenal”, “Monako”, “Real Madrid”, “Mançester Siti”, “Tottenhem” kimi nəhəng klublarda forma geyinən, daha sonra karyerasını Türkiyədə davam etdirən Emmanuel Adebayor futbolu tərk etdiyini açıqlayıb.

Uğurlu hücumçu sosial media hesabında bunları paylaşıb: “Mənim peşəkar oyunçu kimi karyeram inanılmaz bir səyahət olub. Mənə dəstək olan bütün azarkeşlərə təşəkkür edirəm. Hər şeyə görə çox minnətdaram”.

Qeyd edək ki, Emmanuel Adebayor klub karyerasında 593 oyuna çıxıb, 207 qol vurub. Adebayor həmçinin Toqo Millisinin heyətində 66 matçda 29 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə