Güləşçimiz Avropa 2-cisi oldu

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, final görüşündə rumıniyalı Amina Kapezana 5:6 hesabı ilə uduzub. Soltanova gümüş medalla kifayətlənib.

Bu, qadın güləşçilərimizin qitə yarışında 3-cü medalı olub. Daha əvvəl Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) bürünc medal əldə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə