35 yaşlı qapıçı Avroliqada ən yaxşı seçildi

35 yaşlı qapıçı Avroliqada ən yaxşı seçildi

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu bəlli olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu ada “Sportinq”in (Portuqaliya) qapıçısı Antonio Adan layiq görülüb.

Portuqaliyadan olan 35 yaşlı qolkiper London “Arsenal”ına (Almaniya) qarşı keçirdikləri oyunda (1:1, penaltilər 5:3) 7 seyvlə diqqət mərkəzinə düşüb.

Avroliqada həftənin ən yaxşısı oyunçusu adına Orkun Kökçü (“Feyenoord”, Niderland), Kazemiro (“Mançester Yunayted”, İngiltərə) və Lazare Amani (“Yunion”, Belçika) də namizəd idi.

Bütün xəbərlər Facebook səhifəmizdə