Konfrans Liqası: 1/8 final mərhələsinə yekun vurulub - YENİLƏNİB

Konfrans Liqası: 1/8 final mərhələsinə yekun vurulub - YENİLƏNİB

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub. SİA xəbər verir ki, bununla da 1/4 finalın bütün iştirakçıları bəlli olub.

Son olaraq, İngiltərənin “Vest Hem”, Fransanın “Nitsa”, Niderlandın “AZ Alkmaar” və Belçikanın “Anderlext” komandaları növbəti raunda vəsiqə qazanıblar.

UEFA Konfrans Liqası

1/8 final, cavab oyunları

16 mart

00:00. “Nitsa” (Fransa) - “Şerif” (Moldova) - 3:1

Qollar: Qaetan Labord, 30. Terem Moffi, 53. Bilal Brahimi, 79 - Abdul Tapsoba, 54

İlk oyun - 1:0

00:00. “Vest Hem” (İngiltərə) - AEK (Larnaka, Kipr) - 4:0

Qollar: Canluka Skamakka, 21. Carrod Bouen, 47; 49. Divin Mubama, 65

Qırmızı: Qustavo, 44 (AEK)

İlk oyun - 2:0

00:00. “Vilyarreal” (İspaniya) - “Anderlext” (Belçika) - 0:1

Qol: İslam Slimani, 73

İlk oyun - 1:1

00:00. “AZ Alkmaar” (Niderland) – “Latsio” (İtaliya) - 2:1

Qollar: Yesper Karlsson, 28. Vangelis Pavlidis, 62 - Felipe Anderson, 21

İlk oyun - 2:1

Bütün xəbərlər Facebook səhifəmizdə