Azərbaycan Rumıniyanın paytaxtı Buxarestdəki güləş üzrə U-23 Avropa çempionatında daha 2 qızıl medal əldə edib.
SİA Qol.az-a istinadən xəbər verir ki, yunan-Roma güləşçimiz Qurban Qurbanov (72 kq) finalda ukraynalı İrfan Mirzoyevə 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Son olaraq isə Murad Əhmədiyev (97 kq) həlledici görüşdə macarıstanlı Aleks Şokeyə qalib gəlib.
Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan millisi yarışı 4 medalla başa vurub. Daha əvvəl Elmir Əliyev (60 kq) Avropa çempionu olub, Xasay Həsənli (77 kq) isə gümüş medal qazanıb. Toplamda 123 xal toplayan yığmamız komanda hesabında 4-cü yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB