Kataloniya təmsilçisi “Barselona”nın yarımmüdafiəçisi Qavi, məhkəmənin futbolçunun qeydiyyatının ləğvi ilə bağlı qərarına baxmayaraq, komandasında İspaniya çempionatında çıxışını davam etdirəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Cadena Ser” nəşri məlumat yayıb.
Xatırladaq ki, bir müddət bundan əvvəl məhkəmənin qərarı ilə Qavinin tezliklə azad agent ola biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
O da maralıdır ki, Böyük Britaniya təmsilçiləri “Mançester Siti” və “Liverpul” hazırda futbolçu ilə bağlı vəziyyəti fəal şəkildə izləməyə başlayıblar. Qeyd edək ki, hər iki komanda Qavi uğrunda mübarizə aparırlar.
Lakin mənbənin məlumatına görə, La Liqa rəhbərliyi "Barselona"nı Qavinin hələlik əsas komandada oynamağa davam edəcəyinə və 6 nömrəli formanı geyinəcəyinə inandırıb.
Onu da bildirək ki, hazırda Kataloniya klubu problemi həmişəlik həll edə biləcək həll yolu axtarır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB