Bu mövsümün sonunda Kataloniya klubu fransalı vinger Ousman Dembeleni itirə bilər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Goal.com” portalı xəbər verir.
Qeyd edək ki, “Barselona”nın futbolçu ilə müqaviləsini uzatmaq istəyinə baxmayaraq, amma sövdələşmə maliyyə feyr-pleyinə görə uğursuz ola bilər.
Məhz elə buna görədə, əgər kataloniyalılar problemi həll edə bilməsə, bu halda London “Çelsi”si Usmanı almağa məqam gözləyir.
Xatırldaq ki, Dembelenin "Barselona" ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatır. Onun transfer qiyməti 60 milyon avro qiymətləndirilir.
Onu da qeyd edək ki, fransız futbolçu bu mövsüm La Liqada 18 oyuna çıxıb, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB