Yunan-Roma güləşçimiz Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.
SİA-nın əldə etdiyi məlumata görə, çempionatda 77 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türk Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan X.Həsənli finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gəlib. Rəqibinə 3:6 hesabı ilə məğlub olan güləşçimiz Avropa ikincisi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB