"İnklüziv cəmiyyətin yaradılması ilə bağlı bir çox işlər görmüşük" - KOMİTƏ PREZİDENTİ BİLDİRDİ
"Əgər çox ciddi və məqsədli şəkildə hazırlanmış layihə varsa və onun həyata keçirilməsində məsuliyyətli komanda çalışırsa, deməli o layihələr uğur qazanacaq". SİA xəbər verir ki, bu sözləri Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.
O bildirib ki, bu layihələr gələcək fəaliyyət üçün böyük töhfələr verəcək: "Bu gün müzakirə olunan inklüziv cəmiyyətin inkişafına dəstək hər bir ölkə kimi Azərbaycanda da aktual bir məsələdir. Biz müstəqillik əldə etdikdən sonra Azərbaycanda inklüziv cəmiyyətin yaradılması ilə bağlı bir çox işlər görmüşük. Ölkə rəhbərimiz cənab Prezident İlham Əliyevin sosial siyasəti məhz bu yöndə köklənib və inkişaf etməkdədir. Təbii ki, müstəqil ölkə olaraq əlillərə yanaşmada da cəmiyyətimiz üçün sosial yanaşma metodu seçmişik. SSRİ dövründə bu yöndə həyata keçirilən layihələr hazırda olduğundan daha fərqli idi. Həmin ölkədə əlillərə qarşı tibbi yanaşma üstünlük təşkil edirdi. O dövrlərdə əsas məqsəd əlilləri müalicə etdirərək cəmiyyətə uyğunlaşdırmaq idi. Bu gün biz seçdiyimiz sosial model isə tamamilə əksini göstərir. Yəni, əlillər cəmiyyətə deyil, cəmiyyət əlillərə uyğunlaşmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB