“Milan” qələbəni əldən verdi

“Milan” qələbəni əldən verdi

İtaliya A Seriyasında XXVI tura yekun vurulub. SİA xəbər verir ki, bağlanış matçında “Milan” “Salernitana”nı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Matçda hesabı 45+1-ci dəqiqədə Olivye Jiru ilə milanlılar açsa da, 61-ci dəqiqədə Bulaye Dia qonaqlara 1 xal qazandıran qolu vurub.

26 turdan sonra 48 xalı olan “Milan” əvvəlki kimi 4-cüdür. “Salernitana” isə 26 xalla 16-cı pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə