Matç zamanı çaxan ildırım 2 futbolçunun həyatını alıb

Matç zamanı çaxan ildırım 2 futbolçunun həyatını alıb

Keniyada futbol matçı zamanı bədbəxt hadisə baş verib

SİA-nın əldə etdiyi məlumata görə, ölkənin şərqindəki Kissi bölgəsində həftə sonu keçirilən qarşılaşma zamanı meydana ildırım düşüb.

“Manyansi” və “Gianchore” komandalarının oyunu zamanı baş verən təbiət hadisəsi nəticəsində iki futbolçu dünyasını dəyişib. Hər komandanın bir futbolçusunu ildırım vurub. Daha iki futbolçu ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Onların müalicəsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə