Superliqada 24-cü tura yekun vuruldu

Superliqada 24-cü tura yekun vuruldu

Türkiyə Superliqasında 24-cü tura yekun vurulub.

SİA Qol.az-a istinadən xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. "İstanbulspor" "Sivasspor"u qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"İstanbulspor" - "Sivasspor" - 3:0
Qollar:
Ethemi, 7-pen. Duhaney, 59, Eyenqa-Lokilo, 88
Qırmızı vərəqə: Qradel, 80 ("Sivasspor")

Bu nəticədən sonra "Sivasspor" 24 xalla 15-ci, "İstanbulspor" eyni xalla 16-cıdır. Turnir cədvəlinə 60 xalla "Qalatasaray" başçılıq edir. "Fənərbaxça" 51 xalla (23 oyun) 2-ci, "Beşiktaş" 46 xalla 3-cüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə