Azərbaycan futbolçuları Nazim Həsənzadə və Ramin Nəsirli Latviya çempionatında “Dauqavpils” klubunun heyətində debüt ediblər. SİA xəbər verir ki, hər iki futbolçu Latviya çempionatının ilk turunda “Tukums 2000”la (0:1) matçda oynayıblar.
R.Nəsirli 88 dəqiqə, N.Həsənzadə isə 82 dəqiqə meydanda olublar.
Qeyd edək ki, N.Həsənzadə “Dauqavpils”ə “Turan Tovuz”dan, R.Nəsirli isə “Neftçi”dən keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB