“Sabah” səfərdə qalib gəlib Azərbaycan Basketbol Liqası

“Sabah” səfərdə qalib gəlib Azərbaycan Basketbol Liqası

Azərbaycan Basketbol Liqasında XXI tura yekun vurulub. SİA xəbər verir ki, turun son oyunu Şəki Olimpiya İdman Kompleksində keçirilib.

“Olimpik Şəki” doğma azarkeşləri önündə “Sabah”la üz-üzə gəlib. Əlavə vaxtın yaşandığı gərgin mübarizənin sonunda bakılılar 86:80 hesabı ilə qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular “Olimpik Şəki”dən Larri Robinson (36 xal, 9 ribaund), “Sabah”dan isə Entoni Patti (27 xal, 8 ribaund) olub.

Qeyd edək ki, XXII turun oyunları 15-19 mart tarixləri aralığında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə