"Napoli" "İnter"lə fərqi 18 xala yüksəltdi

"Napoli" "İnter"lə fərqi 18 xala yüksəltdi

İtaliya A Seriyasında XXVI turun oyunları keçirilir. SİA xəbər verir ki, lider “Napoli” öz meydanında “Atalanta”ya qalib gəlib. Neapollular 60-cı dəqiqədə Xviça Kvaratsxeliya və 77-ci dəqiqədə Amir Rahmaninin qolları ilə 2:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra xalını 68-ə çatdıran “Napoli” vahid liderdir. Luçano Spalettinin komandası ən yaxın izləyicisi “Atalanta”nı 18 xal üstələyir. “Atalanta” 42 xalla 6-cıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə