U-19 millimiz Dubayda heç-heçə etdi

U-19 millimiz Dubayda heç-heçə etdi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın qadın futbolçulardan ibarət U-19 millisi hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. SİA xəbər verir ki, yığmamız bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.

Millimizin qolunu 36-cı dəqiqədə Hüseynli Fatiməyi-Zəhra vurub.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun martın 13-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə