Mbappenin "Real"a keçməsi üçün tələb olunan şərt

Mbappenin "Real"a keçməsi üçün tələb olunan şərt

"Real” PSJ-nin hücumçusu Kilian Mbappeni gələn ilin yayında heyətinə cəlb etməyə hazırdı.

SİA-nın əldə etdiyi məlumata görə, bunun üçün İspaniya klubu ulduz futbolçunun qarşısına şərt qoyub.

Belə ki, Fransa millisinin üzvü ötən yay “kral klubu”na keçmək fikrini son anda dəyişdiyi üçün ictimaiyyət önündə rəhbərlikdən üzr istəməlidi. Belə olarsa, madridlilər onunla 2024-cü ilin yayında azad agent kimi müqavilə imzalamağa razılıq verəcək. İspaniya nəhənginin hazırda əsas prioriteti “Mançester Siti”nin hücumçusu Erlinq Haalanddı.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 30 qol vurub, 8 məhsuldar ötürmə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com