“Roma” və “Bayer” qalib gəlib, “Arsenal” səfərdən bərabərliklə dönür
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə start verilib. SİA-nın məlumatına görə, ilk olaraq 4 qarşılaşma baş tutub.
İngiltərə təmsilçilərindən "Arsenal" Portuqaliyada "Sportinq"in qonağı olub. Görüş qollu bərabərliklə yekunlaşıb – 2:2.
"Roma" İtaliyada İspaniya "Real Sosyedad"ını qələbəyə həsrət qoyub – 2:0.
"Bayer" Leverkuzen (Almaniya) - "Ferentsvaroş" (Macarıstan) matçında da meydan sahibləri eynihesablı qalibiyyətə seviniblər.
“Union”ların qarşılaşmasında isə tərəflər hərəyə 3 qol vuraraq sülhə razılaşıblar.
UEFA Avropa Liqası
1/8 final, ilk oyunlar
9 mart
21:45. "Union" Berlin (Almaniya) - "Union" (Belçika) – 3:3
21:45. "Bayer" Leverkuzen (Almaniya) - "Ferentsvaroş" (Macarıstan) – 2:0
21:45. "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) – 2:2
21:45. "Roma" (İtaliya) - "Real Sosyedad" (İspaniya) – 2:0
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB