Ay can, ay can...Rusiya millisinə daha bir rəqib tapıldı
Futbol üzrə Rusiya milli komandası İraq yığması ilə yoxlama oyunu keçirəcək. SİA-nın əldə etdiyi məlumata görə,xəbəri İraq milli futbol komandasının sözçüsü Məhəmməd İmad təsdiqləyib.
Onun sözlərinə görə, martın 26-da Sankt-Peterburqda, "Qazprom Arena" stadionunda Rusiya millisi ilə yoldaşlıq oyunu keçiriləcək.
Valeri Karpinin baş məşqçilik etdiyi komanda martda İran yığması ilə də qarşılaşacaq. Görüş martın 23-də Tehranda baş tutacaq.
Xatırladaq ki, Rusiya millisi Ukrayna ərazisinə silahlı müdaxiləyə görə bütün beynəlxalq turnirlərdən kənarlaşdırılıb. Komanda DÇ-2022-ni də buraxıb. Həmçinin Rusiya millisi AÇ-2024 və Millətlər Liqasının seçmə mərhələləri üçün püşkatmada da iştirak etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB