"Zenit" də Türkiyəyə yardım göndərdi

"Zenit" də Türkiyəyə yardım göndərdi

Rusiyanın "Zenit" klubu Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım göndərib.

SİA Qol.az-a istinadən xəbər verir ki, əsasən Hatay vilayəti və İsgəndərun şəhərinin idman məktəbləri yardımdan faydalanıb.

Sankt-Peterburq klubu Türkiyəyəy uşaq əşyaları, müxtəlif idman formaları və ərzaq məhsulları göndərib.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 46 104 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə