Şahmatçımız beynəlxalq turnirdə mübarizə aparır

Şahmatçımız beynəlxalq turnirdə mübarizə aparır

Özbəkistanın paytaxtı Daşkənddə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan beynəlxalq şahmat turniri keçirilir. Azərbaycan Şahmat Federasiyasından SİA-ya bildiriblər ki, yarışda 10 ölkədən 111 şahmatçı mübarizə aparır. Turnirdə ölkəmizi Gülnar Məmmədova təmsil edir. Üç turdan sonra aktivində 3 xal olan Valentina Qunina turnir cədvəlinə başçılıq edir. Şahmatçımız Gülnar Məmmədova 2,5 xalla 3-9-cu yerləri bölüşdürür.

Doqquz turdan ibarət turnirin ümumi mükafat fondu 50 min ABŞ dollarıdır.

Qeyd edək ki, yarışın baş hakimi həmyerlimiz İlahə Qədimovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə