Suriya Futbol Federasiyası milli komandanın sabiq kapitanı Əhməd Əl-Salehi ömürlük futboldan uzaqlaşdırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, diskvalifikasiyaya “Əl-Caiş”in müdafiəçisinin “Əl-Vətba” ilə oyundakı davranışı səbəb olub. Qırmızı vərəqə alan 32 yaşlı futbolçu hakimə hücum çəkib. Əl-Saleh referini təhqir edib və onun üzünə tüpürüb. O, matçdan sonra da aqressiv davranışlarını davam etdirib.
Bundan başqa, sözügedən qarşılaşmada azarkeşlərin hakimi təhqir etməsinə görə hər iki klub cərimə ödəməli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB